Moskvada Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XV Baş Assambleyası işə başlamışdır

 

 

Sentyabrın 19-da Moskvada Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyası öz işinə başlamışdır.

Rusiya paytaxtının mərkəzində yerləşən “Croun” Beynəlxalq Ticarət Mərkəzinin binasında Rusiyanın İTAR-TASS Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Asiya və Sakit okean regionunun aparıcı xəbər agentliklərinin rəhbərləri və nümayəndələri toplaşmışlar. Azərbaycanı tədbirdə AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İTAR-TASS Agentliyi Kollegiyasının sədri, OANA-nın vitse-prezidenti Vitali İqnatenko tədbiri açaraq bildirmişdir ki, Baş Assambleyada iştirak etmək üçün Moskvaya 35 ölkənin 44 informasiya agentliyinin nümayəndələri gəlmişlər. O, müasir dünyada informasiya mübadiləsinin əhəmiyyətindən danışmış, hadisələr barədə dəqiq və operativ informasiya yayılmasının beynəlxalq məkanda rolunu vurğulamışdır.

İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxumuşdur. Müraciətdə qeyd olunur ki, OANA haqlı olaraq dünyanın ən qocaman və nüfuzlu xəbər agentlikləri birliklərindən biri sayılır. Təşkilat Asiya və Sakit okean regionunda azad və birbaşa informasiya mübadiləsinin təmin olunmasına şərait yaradır. Rusiya Prezidentinin fikrincə, hərtərəfli dialoq xəbər agentliklərinin həm texniki, həm də yaradıcılıq sahələrində əməkdaşlığının möhkəmlənməsinə, müasir dövrün kəskin problemlərinin işıqlandırılmasına tarazlaşdırılmış yanaşmanın təmin olunmasına kömək edir.

Açılış mərasimində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də müraciəti oxunmuşdur.

Türkiyənin Anadolu Agentliyinin baş direktoru, OANA İcraiyyə Komitəsinin sədri Kamal Öztürk çıxışında vurğulamışdır ki, Baş Assambleya Asiya və Sakit okean bölgəsində müxtəlif problemlərin müzakirəsi üçün önəmli platformadır. Təşkilatın başlıca məqsədlərindən biri region ölkələri arasında sərbəst informasiya axınının təmin edilməsidir. K.Öztürk Misirdə və Suriyada baş verən hadisələrə toxunmuş və onların düzgün işıqlandırılmasında OANA-nın rolunu qeyd etmişdir.

OANA-nın XV Baş Assambleyası işini davam etdirir.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında