“Vergi dostları”na sertifikatlar təqdim olunmuşdur

 

Sentyabr ayının 17-də Füzuli rayonunun Horadiz qəsəbəsində və Bərdə şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Təhsil Nazirliyinin dəstəyilə seçilmiş ümumtəhsil məktəblərinin müəllimlərinə “vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsilə bağlı tədbir keçirilmişdir.

Horadizdə təlimi müvəffəqiyyətlə başa vurmuş 40 nəfər, Bərdədə isə 111 nəfər “vergi dostu”na üzvlük sertifikatı, “vergi dostu”nun yaddaş kitabçası və kompyuterlər təqdim olunmuş, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalamışlar.

Sentyabr ayının 19-da isə Şəmkir şəhərində 164 nəfər “vergi dostu”na sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, indiyədək respublika üzrə 907 nəfər müəllimə müvafiq təlim keçilmiş və “vergi dostu” sertifikatı təqdim olunmuşdur. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Qeyd edək ki, hazırda “vergi dostları”nın sayı respublika üzrə 1071 nəfərə çatmışdır.

Tədbirlərdə müvafiq rayonların icra hakimiyyətinin nümayəndələri, Vergilər Nazirliyinin vəzifəli şəxsləri və ictimaiyyətin digər nümayəndələri iştirak etmişlər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında