Cari ilin payızında İstanbulda türkdilli jurnalistlərin toplantısı keçiriləcəkdir

İyulun 28-də Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisində olmuşdur.
Səfir Azərbaycan jurnalistlərini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə bir daha təbrik etmiş, media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, Mətbuat Şurasının müasir və hər cür avadanlıqla təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirmişdir.
Bu ilin payızında İstanbulda türkdilli jurnalistlərin toplantısının keçiriləcəyi barədə məlumat verən diplomat, tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulamışdır. O, Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin gələn həftə səfirlik tərəfindən mükafatlandırılacağını bildirmişdir.
Qonağa milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, Prezident İlham Əliyevin şuranın yeni binasının açılışında iştirakının və mətbuat nümayəndələrinin təltif olunmaları ilə bağlı sərəncamlarının ölkədə KİV-lərə və jurnalistlərə göstərilən yüksək diqqət və qayğının əyani təzahürü olduğu bildirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında