Azərbaycan mühəndisləri yeni kəşfiyyat-döyüş maşını yaratmışlar

 

Azərbaycan Müdafiə Sənayesi

Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yeni kəşfiyyat döyüş maşını yaradılmışdır.

APA-nın məlumatına görə, BRDM-2 tipli kəşfiyyat-gözətçi maşınının şassisi üzərində hazırlanmış maşın həm xarici dizaynı, həm silahlanması, həm də performansı ilə BRDM maşınlarından əhəmiyyətli dərəcədə fərqlənir.

“Azərbaycan 10 il” sərgisində ilk eksperimental nümunəsi nümayiş olunacaq maşın mühərrik, hərəkət və digər testləri tamamlamışdır. Yaxın vaxtlarda maşının atış sınaqları keçiriləcək.

Mütəxəssislərin sözlərinə görə, maşın üzərindəki bəzi texnologiyaların xaricdən alınmasına baxmayaraq, ümumilikdə dizayn və yaradılma baxımından 100 faiz milli layihədir.

Yeni maşın öz sinfindəki xarici analoqlarından minaya, yanlarda partlayışlara və güllələrə qarşı yüksək qoruması ilə fərqlənir. Maşının ikiqat zirehi B-32 tipli zirehdələn güllələri belə keçirmir. Maşın minaya, partlayışlara və güllələrə qarşı qorumaya sahibdir.

Döyüş maşını yerli mütəxəssislər tərəfindən yaradılmış idarəolunan qüllə ilə silahlandırılıb. Silahlanmaya 2 lüləli 23 mm çaplı QŞ-23 topu, 7.62 mm çaplı PKT pulemyotu, 30 mm çaplı AQS-17 qumbaraatanı, S-8 (S-5) tipli 4 raketlik buraxma qurğusu, D-81 tipli bulud (tüstü) qurğusu daxildir. Maşın həmçinin gecə və gündüz, hər cür hava şəraitində müşahidənin aparılması üçün görmə sistemlərinə malikdir. Maşının ön, arxa və yan və üst hissələrində görməni təmin edən kameralar yerləşdirilib, bu kameralardan qəbul edilən informasiyalar sürücü və komandirin önündəki monitorlarda görünür.

Çəkisi 8152 kq təşkil edən kəşfiyyat-döyüş maşını 155 at gücünə malik (114 kVt) turbodizel mühərrikə, kombinə olunmuş hidropnevmatik transmissiyaya, beşpilləli, distansion ötürücü qutuya malikdir. Maşında 64 kubmetr/saniyə məhsuldarlığı olan, asılı olmayan fasiləsiz təminatlı kondisioner qurulub. Ümumi elektrik təminatı 7.8 kVt təşkil edən döyüş maşını 5 kVt gücə malik dizel generatoru ilə də təchiz olunub. Hamar yolda 110 km/saat, torpaq yolda 60-70 km/saat sürətlə hərəkət edə bilən maşının yanacaq tutumu 150 litr, bir çən yanacaqla birbaşa hərəkət uzaqlığı 800 km-dir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında