“Binəqədi sahibkarları” İctimai Birliyinin təqdimatı olmuşdur

 

 

 

Binəqədi rayonunda “Binəqədi sahibkarları” İctimai Birliyin təqdimatı keçirilmişdir. Tədbirdə 100-ə yaxın  sahibkar iştirak etmişdir.

Təqdimat mərasimini giriş sözü ilə açan “Binəqədi sahibkarları” İctimai Birliyinin sədri Yusif Ağayev bildirmişdir ki, təşkilatın yaradılmasında əsas məqsəd bu  rayonda sahibkarlığın inkişafının sürətləndirilməsi, sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması, koordinasiya edilməsi, rayonda işgüzar mühitin daha da yaxşılaşması, məşğulluğun artırılmasına töhfə verilməsi və bu sahədə problemlərin həllinə yardım göstərilməsidir.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlətin sahibkarlara dəstək və qayğısından danışmış, Azərbaycanda sahibkarlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. X.İsgəndərov ictimai birliyin gələcək fəaliyyətinə uğurlar arzulayaraq rayon icra hakimiyyətinin Binəqədi sahibkarlarına səlahiyyət çərçivəsində hər cür dəstək verilməsinə hazır olduğunu vurğulamışdır.

Təqdimat mərasimində çıxış edən sahibkarlar “Binəqədi sahibkarları” İctimai Birliyinin yaradılmasını müsbət qiymətləndirmiş, ictimai birliyə gələcək fəaliyyətində uğurlar arzulamış, fikir və təkliflərini bildirmişlər.

Tədbirin sonunda Y.Ağayev çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova birliyin fəaliyyətinə verdiyi dəstəyə  görə təşəkkür etmiş, ictimai birliyin aparatının formalaşması və səmərəli fəaliyyət göstərməsi üçün bütün sahibkarları fəal  iştirak etməyə çağırmışdır.

V. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında