Binəqədi qəsəbəsində yeraltı piyada keçidi istifadəyə verilmişdir

 

 

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin mərkəzində yeraltı piyada keçidinin açılış mərasimi olmuşdur. 

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu mühüm obyektin istifadəyə verilməsi münasibətilə qəsəbə əhalisini təbrik etmiş, ölkəmizdə, eləcə də Binəqədi rayonunda aparılan tikinti-quruculuq işlərinin insanların sosial şəraitinin yaxşılaşdırmaq məqsədi daşıdığını vurğulamışdır.

Başçı X. İsgəndərov sakinlərin və məktəb kollektivinin müraciəti əsasında qısa müddət ərzində inşa olunmuş  bu keçidin ilk növbədə piyadaların təhlükəsiz gediş-gəlişini təmin etdiyini bildirərək, Azərbaycan dövlətinin bütün regionlara, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi inkişafına daim dəstək verdiyini diqqətə çatdırmışdır.

Tədbirdə 179 nömrəli tam orta məktəbin direktoru Kəmalə Abdullayeva,  şagirdlər, valideynlər və qəsəbə sakinləri çıxış edərək əhalinin gur olduğu bu ərazidə məktəbə gedən uşaqların təhlükəli şəraitdə yolu keçdiklərini, hətta bir neçə dəfə qəza hallarının da baş verdiyini xatırladaraq, dövlətimizin  əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərə, insanlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, yeraltı keçidin tikintisinə cari ilin may ayında başlanılmışdır. Uzunluğu 78, eni 4,15 metr olan piyada keçidinin istifadəyə verilməsi ilə əhalinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılmışdır.

Mərasimdə Milli Məclisin deputatı Madər Musayev iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında