Havalar isti keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirmişdir ki, hal-hazırda ölkə ərazisinə cənub-qərb axını ilə isti hava kütlələri daxil olur. İsti hava cərəyanları həm də Rusiya ərazisini əhatə edir( Moskvada 38 dərəcə isti ). Respublikanın ərazisində anomal isti hava şəraitini şimaldan az hərəkətli antisiklon, cənubdan isə alçaq təzyiq sahəsi təyin edir.
İyulun 27-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4,3 dərəcə yüksək olmuş, maksimal temperatur aran rayonlarında 37-40, dağlıq rayonlarda 27-31, Abşeron yarımadasında 34-38, Naxçıvan MR-da 35-38 dərəcə isti təşkil etmişdir.
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 24-27, gündüz 36-39, iyulun 29-30-da isə bəzi yerlərdə 41 dərəcəyə çatacaq.
Azərbaycanın rayonlarında iyulun 29-da günəşli hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 20-24, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.İyulun 30-31-də də günəşli hava şəraiti müşahidə olunacaq.Temperatur gecə 22-27, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında