Azərbaycanda mövcud olan tolerantlıq mühiti yüksək qiymətləndirilmişdir

 

Sentyabrın 19-da Bakıda Azərbaycanda yaşayan müsəlman, xristian və yəhudi dini icma nümayəndələrinin birgə toplantısı keçirilmişdir.

Toplantını açan akademik Vasim Məmmədəliyev bildirmişdir ki, ölkəmizdə dini və milli dəyərlərə dərin ehtiram hissi vardır. Son illərdə bu dəyərlərin qorunması və zənginləşdirilməsi istiqamətində böyük işlər görülmüş, müxtəlif tədbirlər keçirilmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə demişdir ki, bu gün ölkədə mövcud olan ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mütərəqqi tarixi ənənələrdən qaynaqlanan uğurlu siyasətin nəticəsidir. Azərbaycanda dövlət-din münasibətlərinə toxunan şeyxülislam vurğulamışdır ki, bu sahədə əldə olunan uğurlar digər dövlətlər üçün nümunə ola bilər. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı üçün mühüm işlər görülür, məscidlər, kilsələr, sinaqoqlar bərpa olunur, yeniləri tikilib istifadəyə verilir.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycanın Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili və müxtəlif dini konfessiyaların nümayəndələri, bölgələri təmsil edən dindarlar çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərindən, ölkədə dini sahəyə göstərilən diqqət və qayğıdan, tolerantlıqdan danışmışlar.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi və xristian məbədlərinin bərpası və təmiri – bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.

Din xadimləri Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında