QHT Əməkdaşlıq Alyansının prezident seçkiləri ilə əlaqədar keçirdiyi monitorinqin birinci mərhələsinin nəticələri açıqlanmışdır

 

QHT Əməkdaşlıq Alyansının 9 oktyabr prezident seçkiləri ilə əlaqədar keçirdiyi monitorinqin birinci mərhələsinin nəticələri açıqlanmışdır.

Bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən alyansın həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli monitorinqin birinci mərhələsinin yekunlarını şərh etmişlər.

Bildirilmişdir ki, monitorinqin birinci mərhələsi avqustun 12-dən sentyabrın 12-dək olan dövrü əhatə etmiş və 6 region üzrə 40 rayonda aparılmışdır. “Prezidentliyə namizədlərin daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 89,32 faizi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevə, 7,94 faizi Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 0,91 faizi Ümid Partiyasının namizədi İqbal Ağazadəyə, 0,55 faizi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyevə, 0,35 faizi Ədalət Partiyasının namizədi İlyas İsmayılova, 0,31 faizi Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğluna, 0,62 faizi isə digər namizədlərə inandıqlarını bildirmişlər. “Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına isə monitorinqdə iştirak edən 10 min nəfərdən 89,32 faizi, yəni 8 min 932 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab vermişdir. Onlardan 7,94 faizi, yəni 794 nəfəri Cəmil Həsənliyə, 2,74 faizi isə İqbal Ağazadəyə, Qüdrət Həsənquliyevə, İlyas İsmayılova, Sərdar Cəlaloğluna və digərlərinə “səs verərdim” deyə sualı cavablandırmışlar.

Həmçinin qeyd olunmuşdur ki, siyasi partiyaların da reytinqlərinin öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olmuşdur. Bu sırada da birincilik YAP-a məxsusdur. Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin

8 min 932 nəfəri, yəni 89,32 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildirmişlər. Bu da partiyanın sədri İlham Əliyevə olan etimaddan irəli gəlir. Respondentlərin 10,68 faizi isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndirmişlər. Bu sırada 2,45 faizlə Azərbaycan Xalq Cəbhəsi Partiyası, 2,43 faizlə Müsavat Partiyası, 1,31 faizlə Klassik Xalq Cəbhəsi Partiyası, 1,12 faizlə Azərbaycan Liberal Partiyası, 0,91 faizlə Ümid Partiyası qərarlaşmışdır. Qalan 2,46 faiz isə Ədalət, Azərbaycan Sosial Demokrat, Müasir Müsavat və digər partiyalar arasında bölünür.

Ölkədə seçki mühitinə gəldikdə isə, monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmamışdır. İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı, kütləvi aksiyaların keçirilməsi ilə bağlı məhdudiyyətlər müşahidə edilməmişdir. Eləcə də vətəndaş cəmiyyəti və medianın fəaliyyətinə də hər hansı problem yaradılmamışdır. Əhali seçkidə iştirak etmək, səs vermək istəyindədir. Azərbaycan seçicisinin seçkidən gözləntisi iqtisadi artım, sosial inkişafın, infrastruktur layihələrinin davamlı olmasıdır. Ölkənin ümumi inkişafını müsbət dəyərləndirən respondentlərin 94 faizi bu tempin qorunub saxlanılmasının tərəfdarıdır.

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “2013-cü il prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili” layihəsini həyata keçirir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında