Moskvada Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XV Baş Assambleyası çərçivəsində qurumun İcraiyyə Komitəsinin iclası keçirilmişdir

 

Sentyabrın 18-də Moskvada  Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyası çərçivəsində qurumun  İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda  OANA-nın  sentyabrın 19-da keçiriləcək XV Baş Assambleyasında müzakirə olunacaq məsələlər barədə məlumat verilmişdir.

Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov iclası açaraq qonaqları Moskvada salamlamaqdan məmnun olduğunu bildirmişdir. Sonra OANA-nın hazırkı prezidenti, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə ev sahiblərinə təşəkkürünü bildirmişdir.  OANA-nın baş katibi Ercan Göçək beynəlxalq təşkilatın hesabat dövründə gördüyü işlərdən danışmışdır.

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri  Təşkilatının XV Baş Assambleyası sentyabrın 19-da öz işinə başlayacaqdır. Azərbaycanı iclasda AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında