Təbiət bizi sınağa çəkdi, ölkə rəhbəri isə sarsıntıdan xilas etdi

Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində təbii fəlakətlər böyük fəsadlar törətdi. Fasiləsiz yağışlar, qasırğalar, tufanlar, fırtınalar, yanğınlar, püskürmələr, torpaq sürüşmələri və s. çoxlu insan tələfatı ilə nəticələndi.
Təbii fəlakətlər Azərbaycandan da yan keçmədi. Ancaq ölkə rəhbəri İlham Əliyevin yüksək təşkilatçılığı, operativ tədbirləri, diqqəti və qayğısı sayəsində xalqımız təbiətin sərt "şıltaqlığı" qarşısında aciz qalmadı. Xalqın mətin iradəsi və yüksək müttəşkkilliyi ilə həmin çətinliklər məharətlə dəf edildi.
Söz yox ki, aramsız leysan, yağışları əhaliyə xeyli ziyan vurdu, təsərrüfat fəaliyyətinin mexanizmi pozuldu, sel suları hətta bəzi yaşayış məntəqələrinin köçürülməsinə, əhalinin təhlükədən kənarlaşmasına gətirib çıxardı. Amma bu təbii fəlakət ölkəmizi, xalqımızı bir növ sınağa çəkdi. Lakin ölkə rəhbərliyinin apardığı məqsədyönlü, ağıllı və işgüzar siyasəti nəticəsində Vətənimiz bu sınaqdan, çətinlikdən mətin, qalib çıxdı.
Sel və daşqınlar bizim İmişli rayonunda da xeyli fəsadlar törətdi, çətinliklər yaratdı, çoxlu ev, əkin sahələri su altında qaldı, həyat ritmi pozuldu. İmişli şəhərinin biz yaşadığımız ərazisi çökək yer oduğundan həyətimizi və evimizi tamamilə su basdı, 45-50 sm qalınlığında su kütləsi yarandı. Sağ olsunlar, Azərbaycan Respublikası FHN-nin zabitləri və əsgərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və qərargah üzvləri eləcə də, İmişli şəhər icra nümayəndəliyinin əməkdaşları müraciətlərimizə ciddi yanaşdılar. Onlar bizi təhlükədən qurtardılar, evimizi uçmaq, çökmək təhlükəsindən hifz elədilər. Bu fədakar, nəcib işlərinə görə onların hər birinə ailə üzvlərim adından təşəkkür edirəm və "Böyük Allah köməyiniz olsun" - deyirəm!
Xeyli ziyan çəksək də, bizi sarsılmağa qoymadılar. Şükür Allaha, yaşayırıq, həyat davam edir. El gücü, sel gücü, - deyiblər. Bütün el köməyimizə çatdı və çətinliklərimiz aradan qaldırıldı. Bu işdə əməyi olanların hamısına minnətdarıq!{nl}

Sabir HÜSEYNOV, müəllim - YAP üzvü
İmişli şəhəri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında