Kənd təsərrüfatı naziri Samux rayonunda vətəndaşları qəbul etmişdir

 

Kənd təsərrüfatı naziri İsmət Abbasov sentyabrın 13-də Samuxda bu rayondan, həmçinin Yevlax, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbulda iştirak edən vətəndaşlar əsasən torpaqların suvarılması, subsidiyaların, eləcə də aqrolizinq xətti ilə texnikaların ayrılması, dünya bazarında gübrələrin qiymətlərinin artması ilə əlaqədar Azərbaycan hökumətinin fermerlərə dəstək məqsədi ilə gübrə üçün ödədiyi  yardımın 70 faizə çatdırılması barədə arzu və təkliflərini bildirmişlər.

İsmət Abbasov qaldırılan məsələlərin həllinə kömək göstəriləcəyini qeyd etmiş, ölkəmizdə ərzaq təhlükəsizliyin təmin olunması istiqamətində aparılan islahatlardan danışmışdır. Nazir bu sahədə heç bir problemin olmadığını və respublikamızda istər əkinçiliyin, istərsə də heyvandarlığın inkişafının sürətlə getdiyini diqqətə çatdırmışdır.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll edilmiş, bəzilərinin isə araşdırılaraq qanunvericiliyə uyğun surətdə həllini tapması üçün nazirliyin müvafiq qurumlarına göstəriş verilmişdir.

Vətəndaşlar qəbuldan qazı qaldıqlarını bildirmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında