Fövqəladə hallar naziri Zaqatalada vətəndaşları qəbul etmişdir

 

 

Sentyabrın 13-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda nazirliyin Şimal-Qərb Regional Mərkəzinin əhatə etdiyi Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul etmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin dərhal görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bundan əlavə, baş vermiş zəlzələ ilə bağlı 1200-dən artıq vətəndaş nazir müavinləri və aidiyyəti qurum rəhbərliyi, kadr məsələləri ilə bağlı 125, digər məsələlərlə bağlı müraciət etmiş 35 vətəndaş nazirliyin müvafiq baş idarə və struktur rəhbərləri tərəfindən qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında