"Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət qurumlarında din məsələləri ilə məşğul olan rəhbər işçilərin iştirakı nəzərdə tutulur

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, bəzi kütləvi informasiya vasitələrində bu il dekabrın əvvəllərində Bakıda "Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusunda dünya dini liderlərinin növbəti sammitinin keçiriləcəyi barədə məlumat yayılmışdır.
"Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar" mövzusundakı beynəlxalq tədbirdə müxtəlif ölkələrin dövlət qurumlarında din məsələləri ilə məşğul olan rəhbər işçilərin iştirakı nəzərdə tutulmuşdur. Politoloqlar, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların nümayəndələrinin də qatılacağı həmin konfransa bəzi region ölkələrinin din xadimlərinin də qoşulmaları üçün dəvət göndərilmişdir.
Beynəlxalq konfrans dövlət-din münasibətlərinin dünyəvilik baxımından öyrənilməsi problemlərinə həsr olunacaqdır. Tədbirin "dünya dini liderlərinin növbəti sammiti" kimi təqdim edilməsi onun formatına uyğun deyildir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında