Rövzət Qasımov: Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində seçicilərin sərbəst və şəffaf şəraitdə səs vermələri üçün hər cür şərait yaradılmışdır

 

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində seçicilərin sərbəst və şəffaf şəraitdə səs vermələri üçün hər cür şərait yaradılmışdır.

Bu sözləri Mərkəzi Seçki Komissiyası katibliyinin müdiri Rövzət Qasımov sentyabrın 13-də jurnalistlərə müsahibəsində demişdir. 

R.Qasımov MSK-nın xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə seçki məntəqələrinin yaradılması işində Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərində 38 məntəqənin yaradılmasının planlaşdırıldığını diqqətə çatdıran MSK katibliyinin müdiri bu məntəqələrdə 12 min seçicinin səs verəcəyini bildirmişdir. R.Qasımov demişdir ki, ölkə daxilində seçicilərin azad və şəffaf səs vermələri üçün yaradılan şərait xarici dövlətlərdəki vətəndaşlarımız üçün də təmin olunacaqdır. Artıq xarici dövlətlərdə seçki məntəqələrinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

R.Qasımov seçki günündə xidməti ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşının qeydiyyatdan çıxma vəsiqəsini alaraq olduğu dövlətdəki seçki məntəqəsinə təqdim etməklə səsvermə hüququndan istifadə edə biləcəyini bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında