Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul etmişdir

 

 

Sentyabrın 13-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yevlax şəhərində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində keçirilən qəbulda Mingəçevir şəhərindən, Yevlax, Goranboy, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, Bərdə, Beyləqan, Tərtər, Ağcabədi, Füzuli və Ağdam rayonlarından olan vətəndaşların müraciətlərinə baxılmışdır.

 Qəbulda vətəndaşlar əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, həmçinin komitənin digər fəaliyyət istiqamətinə aid olan məsələlər barədə müraciətlər etmişlər.

 Bəzi müraciətlərin həlli istiqamətində tapşırıqlar verilmiş, araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınmışdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında