Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafında milli informasiya agentliklərinin rolu müzakirə edilmişdir

 

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin inkişafında hər iki ölkənin milli informasiya agentliklərinin mühüm rolu vardır.

Bu fikri BƏƏ-nin Azərbaycandakı səfiri Salim Xəlifə Məhəmməd əl-Ğıfli sentyabrın 12-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov ilə görüşdə söyləmişdir.

Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında milli informasiya agentliklərinin rolunun müzakirə olunduğu görüşdə səfirə AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, AzərTAc BƏƏ-nin WAM İnformasiya Agentliyi ilə sıx əlaqə qurmuşdur. Hər iki informasiya qurumu Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri (OANA) və Beynəlxalq İslam Ölkələri Xəbər Agentlikləri təşkilatlarının üzvü kimi yaxından əməkdaşlıq edir.

WAM və AzərTAc-ın informasiya mübadiləsinə dair müqavilə imzalamasının əhəmiyyətini vurğulayan səfir Salim Xəlifə Məhəmməd əl-Ğıfli bu sənədin ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xüsusi töhfə verəcəyinə əminliyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında