İKT sahəsində Azərbaycan-Koreya beynəlxalq seminarı keçirilir

İyulun 28-də "Park İNN-Azərbaycan" mehmanxanasında ikigünlük Azərbaycan-Koreya beynəlxalq seminarı işə başlamışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Respublikasının Qabaqcıl Elm və Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbir "Bölüşmə və əməkdaşlıq üçün qlobal şəbəkələr" mövzusuna həsr edilmişdir.
Açılış mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Koreyanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olduğunu vurğulayaraq, bu sahədə əlaqələrin yaradılması və davamlı inkişafı, Koreya təcrübəsinin öyrənilməsi, ixtisaslaşmış kadrların hazırlanması, təcrübə mübadiləsinin aparılması və s. barədə məsələlərin həyata keçirilməsinin Azərbaycanda elmi və elmi-texniki sahədə yürüdülən siyasətin başlıca məqsədlərindən biri olduğunu bildirmişdir.
Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutunun prezidenti Nam Pyo Suh video əlaqə vasitəsilə tədbir iştirakçılarını salamlamış, seminarın gələcək əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərəcəyini qeyd etmişdir.
Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci-Han ölkədə birgə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışmış, bu il Azərbaycan mütəxəssisləri üçün treninq proqramlarının təşkil olunacağını diqqətə çatdırmışdır.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev son illər Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə, o cümlədən də elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin sürətlə genişləndiyini söyləmişdir. O, informasiya əsrində bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin, inkişaf perspektivlərinin təyin edilməsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu xüsusilə vurğulamışdır.
Tədbirdə təhsil, informasiya texnologiyaları üzrə mütəxəssis hazırlığı, elmi tədqiqatlar və digər istiqamətlərdə yeni texnologiyaların tətbiqi üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq, həmçinin tərəflər birgə layihələr, eləcə də yüksək texnologiyaların müxtəlif fəaliyyət sahələrinə dair fikir mübadiləsi aparacaqlar.
Seminar iyulun 29-da başa çatacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında