Pakistan Prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunmuşdur

İyulun 28-də Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətli diplomatik fəaliyyətinin başa çatması ilə bağlı bu ölkənin Prezidenti Asif Əli Zərdari ilə görüşmüşdür.
Səfirlikdən bildirmişlər ki, görüşdə diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını, eyni zamanda bu gün İslamabadda baş vermiş və 150-dən çox insanın ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar dövlətimizin başçısının başsağlığını Pakistan Prezidentinə çatdırmışdır.
Başsağlığına və xoş arzulara görə minnətdarlığını bildirən Pakistan Prezidenti ölkələrimizin xoş və dar günlərdə birlikdə olduğunu vurğulamışdır.
Pakistanda çalışdığı müddətdə Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişaf etməsi üçün səy göstərdiyini deyən diplomat, bu illər ərzində onun fəaliyyətinə Pakistan hökuməti tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir.
E.Mədətli Pakistanın Dağlıq Qarabağ məsələsində göstərdiyi dəstəyin Azərbaycan üçün çox önəmli olduğunu və bundan sonra da davam etməsini arzuladığını demişdir.
Pakistan Prezidenti Dağlıq Qarabağ məsələsində ölkəsinin mövqeyinin prinsipial və dəyişməz olduğunu söyləmiş, bundan sonra da bu siyasətin davam etdiriləcəyini bildirmişdir.
Diplomat Pakistan Prezidentini Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizə rəsmi səfərə dəvət etmişdir. A.Ə.Zərdari bu dəvəti məmnuniyyətlə qəbul etdiyini demişdir və vurğulamışdır ki, Azərbaycana səfər etmək arzusundadır.
Pakistan Prezidenti E.Mədətliyə ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında göstərdiyi səylərə görə təşəkkürünü bildirmiş, yeni təyinatında ona uğurlar arzulamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında