Dövlət Sosial Müdafiə Fondunun sədri Masallıda vətəndaşları qəbul etmişdir

 

 

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov sentyabrın 11-də bu qurumun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda iştirak edən vətəndaşların xüsusi ayrılmış nəqliyyat vasitələri ilə həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından DSMF-nin Masallı rayon şöbəsinə gətirilmələri təmin olunmuşdur.

“Açıq qapı” şəraitində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilmişdir. Vətəndaşların müraciətləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, eləcə də stajla bağlı olmuşdur.

Bütün müraciətlər operativ surətdə araşdırılmış, onların bir qismi yerindəcə həll edilmişdir. Bəzi müraciətlər isə araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi məqsədi ilə şəhər və rayon şöbələrinin rəhbərlərinə, DSMF-nin digər vəzifəli şəxslərinə tapşırıqlar verilmişdir.

DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliyin göstərilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndəriləcəyi bildirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında