Bir ay ərzində 5 dəfə “Cek Pot” uduldu!

Ənənəvi payız layihəsi  “Qızıl Payız”a start verilir!

Əvvəlki illərdən fərqli olaraq, yay aylarında və xüsusilə avqust ayında lotereya bazarında xüsusi bir aktivlik və məhsuldarlıq qeydə alınıb. Ötən yazımızda qeyd etmişdik ki, avqustun əvvəlində “5/36” lotereyasında 5 gün ərzində dalbadal üç “Cek Pot” uduldu.

Onlardan birincisi, 138 676 manat məbləğində “Cek Pot”  iki bilet tərəfindən udulmuşdu və indi hərəyə 69 338 manat qazanan qaliblərlə tanış ola bilərik. Ağdam rayon sakini Quliyev Hatəm Ramiz oğlu və Quba rayon sakini Nöhbalıyeva Fərqanə Təvəkkül qızı bu qalibiyyətin sevincini yaşamaqdadırlar. Çoxsaylı televiziya tamaşaçıları gənc Fərqanənin Quba rayonunun Püstəqasım kəndində, füsünkar təbiətin qoynunda lentə alınan səmimi söhbətini dinləyiblər. “Xaçmazda lotereya bileti alarkən niyyət etmişdim ki, udsam iftar süfrəsi açacam, qohumlarıma kömək edəcəm, maşın alacam və bir də... müəyyən arzularım var, onları həyata keçirtmək istəyirəm”. Bu kadrlara baxan hər bir adamın üzünə xoş təbəssüm qonur, gənc qızın sevincinə şərik olur və onun arzularının çin olmasını istəyir. Biz də Fərqanəyə, eləcə də bütün qaliblərə deyirik: Xeyirli olsun! Qaliblər də, maşallah, bir deyil, iki deyil. Lotereya həvəskarları, sözün əsil mənasında, “5/36” lotereyasının “zəif damarını” tutublar. “5/36”-nın  “Cek Pot”u sürətlə artır. Həmlələr isə davam edir. Baxın. Təkcə avqust ayı ərzində bu lotereyanın “Cek Pot”u 11 dəfə oynanılıb və nəhayət, avqustun son günü 39 478 manatadək yüksəlmiş “Cek Pot” yenə də uduldu! Bu dəfə uduş Qəbələ rayon sakini  Bayramov Etibar Davud oğluna qismət oldu. Beləliklə, bu lotereyada bir ay ərzində 4 dəfə “Cek Pot” uduldu və lotereyasevərlərin yaddaşında unikal uduş ayı kimi qalacaq. Məsələ burasındadır ki, avqust ayının sonlarında “Binqo” lotereyası da iki həmvətənimizin evinə sevinc gətirib. Neftçala sakini Həşimov Əliağa Hidayət oğlu və Zaqatala sakini Qurbanov Yahya Həbibullah oğlu 136-cı tirajda “Binqo”nun “Cek Pot”unu şərikli udaraq hərəyə 25 520 manata sahib oldular.

Lotereya həvəskarlarının müəyyən bir hissəsi özünün bu və ya digər oyuna sadiqliyi ilə seçilir. Sentyabr ayında çoxsaylı lotereya həvəskarlarının çoxdan gözlədikləri ənənəvi payız layihəsi olan “Qızıl Payız” lotereyası satışa buraxılacaq. Beş turdan ibarət olan bu lotereyada bilet beş üfüqi sıradan ibarətdir. Sıralardan hər hansı biri, ikisi, üçü, dördü və beşi ən tez dolan biletlər öz sahiblərinə sanballı məbləğlər qazandıracaqlar. Son tur uduş fondu bitənədək davam edir və lotereya biletinin beş sırası tam dolmuş bütün iştirakçılar pul uduşlarına sahib olurlar. Bu oyunda iştirakçıları çoxsaylı pul uduşlarından başqa, iki gözəl avtomobil gözləyir. Belə ki, əsas oyun başlanmazdan əvvəl və bitdikdən sonra, lotereya biletinin seriya nömrəsi ilə müvafiq olaraq, “Nissan JUKE” və “Kia Rio” avtomobilləri oynanılacaq və 100% udulacaqlar. Başqa sözlə, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar yenidən lototrona  qaytarılacaq, yeni uduşlu nömrə müəyyən ediləcək və bu prosedur avtomobillər iştirakçılar tərəfindən udulanadək davam edəcək. Payız bolluq deməkdir. “Qızıl Payız” isə bol uduşlar deməkdir. Bu payız “Qızıl Payız”dan uduş payınızı götürməyi unutmayın.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında