Açıq hökumətin təbliği ilə bağlı yerlərdə tədbirlər keçirilir

 

 Beş ictimai birliyin birləşdiyi “Gənclər koalisiyası” Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planın”da gənclərin fəal iştirakının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması” layihəsinin icrasına start verib.

Koalisiyadan verilən məlumata görə, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və  “2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dövlət tərəfindən mütəmadi tədbirlər keçirilərək ciddi addımlar atılsa da, bu sahədə əhalinin əksəriyyətinin məlumatlılıq səviyyəsinin aşağı olması, regionlarda sözügedən fəaliyyət planının icrası ilə bağlı ciddi addımların atılmaması vətəndaşların qərar qəbulu prosesində zəif iştirakına səbəb olur.

Bu mənada, koalisiya layihənin icrası zamanı, ölkədə Açıq hökumətin təşviqi ilə bağlı “ASAN xidmət”in fəaliyyəti, elektron hökumət, bir pəncərə sistemi və elektron imza ilə bağlı maarifləndirmə apararaq, bu proseslərdə region gənclərinin iştirakını stimullaşdırmağa çalışacaq.

Layihə çərçivəsində ölkənin Qərb bölgəsində və Bakının bir neçə rayonunda maarifləndirici görüşlərin keçirilməsi başlanmışdır. Artıq Gədəbəy rayonunda layihə ilə bağlı ilk görüş baş tutmuşdur. Görüşdə çıxış edən layihənin koordinatoru Vüsalə Hüseynli bildirib ki, Prezident sərəncamına əsasən, hazırda 2 mühüm proqram tətbiq olunmaqdadır. Bunlardan biri Açıq hökumətin təşviqinə dair Milli Dövlət Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır: “Hər iki proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bugünkü tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, ictimaiyyətin bu və ya digər formada şəffaflığın təmin olunmasında fikri nəzərə alınsın”.

V. Hüseynli qeyd edib ki, səfərlər silsilə xarakter daşıyır və ölkənin bir sıra rayonlarında keçirilməsi planlaşdırılır. Sentyabrın 16-dan etibarən koalisiya Şəmkir, Gəncə, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Samux, Göygöl, Yevlax rayonlarında sakinlərlə görüşlər keçirəcəkdir.

Qeyd edək ki, “Gənclər koalisiyası”nda - “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi, “Korrupsiya Riskinin Qiymətləndirilməsi Mərkəzi” İctimai Birliyi, Qlobal İnteqrasiya və Dialoq Mərkəzi İctimai Birliyi, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi və  “Gənclərin töhfəsi” İctimai Birliyi təmsil olunur.

Anar TURAN,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında