Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunlarına qədər istifadəyə veriləcək yolların tikintisi və yenidənqurulması planı açıqlanmışdır

 

Bakıda 2015-ci ildə keçiriləcək Avropa oyunları ilə əlaqədar “Tədbirlər Planına” uyğun həyata keçiriləcək yol infrastruktur layihələri açıqlanmışdır.

Trend-in məlumatına görə, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirmişdir ki, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi və s. işlər nəzərdə tutulmuşdur.

C.Qurbanov qeyd etmişdir ki, artıq Zabrat-Maştağa- Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsinin, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılmışdır: “İnanırıq ki, nailiyyətlərimiz ilbəil daha da artacaq, ölkə başçısının rəhbərliyi ilə bir-birindən mühüm layihələrin reallaşdırılması Azərbaycanın yol infrastrukturunu beynəlxalq standartlar səviyyəsinə çatdıracaqdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında