Azərbaycanda zəlzələ bölgəsində 4277 yaşayış evinin tikintisi başa çatdırılmışdır, 815 evin tikintisi davam etdirilir

 

FHN ötən il şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlamışdır.

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair yeni statistikasını açıqlamışdır.

FHN-dən APA-ya verilən məlumata görə, 1 avqust 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 59156 ev və sosial obyektə baxış keçirilmiş, 6065 ev və sosial obyektə qəzalı, 11 236 ev və sosial obyektə bərpa, 24101 ev və sosial obyektə təmir, 17754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilmişdir.

Avqustun 1-ə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda ümumi sahəsi 543531 kvadratmetr olan 4277 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır. Tikintisi başa çatdırılan evlərin 3388-i Zaqatala, 430-u Qax, 459-u isə Balakən rayonlarındadır. Hazırda 815 evin tikintisi davam etdirilir.

Sosial obyektlərdən 38 məktəbin, o cümlədən, Zaqatalada 22, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılmışdır. Avqustun 1-dək 8080 şagird yerlik 30 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilmişdir. Zaqatala rayonunun Muxax kəndində 480 şagird yerlik məktəb binası bərpa və gücləndirilmişdir.

Hesabatda həmçinin qeyd edilir ki, avqustun 1-dək zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq  17734 min manat  yardım ödənilmişdir.

Qeyd edək ki, 7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir.

Hadisədən dərhal sonra zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı FHN tərəfindən operativ qərargah yaradılmış, nazirliyin mütəxəssisləri dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlamışlar.

Azərbaycan Prezidentinin göstərişlərinə əsasən Nazirlər Kabinetinin 8 may 2012-ci il  tarixli 117 saylı sərəncamı ilə 7 may 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş  zəlzələnin nəticələrinin aradan  qaldırılması  üçün  ilkin olaraq Ehtiyat Fondundan 20 milyon manat, 2012-ci il Dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün  300 milyon manat və  Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il 288 saylı sərəncamı ilə 100 milyon manat  və 2013-cü ilin Dövlət büdcəsindən 189 mln manat olmaqla, cəmi 609 milyon manat  vəsait  ayrılmışdır.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliklərin göstərilməsi davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında