Əmək və əhalinin sosial müdafiəsi naziri Hacıqabulda bölgə sakinlərini qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və  tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələri  vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, sentyabrın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan və Beyləqan rayonlarından olan 80-ə yaxın vətəndaşı qəbul etmişdir.

Qəbulda vətəndaşların müraciətləri əsasən ünvanlı dövlət sosial yardımı, əlillik arabasının alınması, əmək müfəttişliyi, əlillik qruplarının təyinatı, məşğulluq və digər şəxsi məsələlərlə bağlı olmuşdur.

Nazir Füzuli Ələkbərov müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılaraq obyektiv, ədalətli şəkildə və qanun çərçivəsində həll edilməsi barədə müvafiq struktur bölmələrinə tapşırıqlar vermişdir.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan müraciətlərindən bəziləri elə yerindəcə öz həllini tapmışdır. Digər məsələlərin nazirlikdə araşdırılaraq müsbət həll ediləcəyi bildirilmişdir.

Nazirliyin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında