Türk Dünyası Günlərində soydaşımıza mükafat təqdim olunub

 

Azərbaycan Milli Məclisinin deputatı və Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Türkiyə-Azərbaycan iqtisadi, sosial və mədəni əlaqələrinin güclənməsində göstərdiyi xidmətlərə görə qardaş ölkənin  “Avrasiya Xidməti Nişanı”na layiq görülüb.

Kastamon Bələdiyyə rəhbərliyi tərəfindən keçirilən 17-ci Türk Dünyası Günləri çərçivəsində Türkiyənin siyasət, elm, mədəniyyət və s.sahələrini təmsil edən şəxslərin iştirakı ilə keçən tədbirdə fəxri mükafat Adil Əliyevə təqdim olunub. Mərasimdə çıxış edən Kastamon Bələdiyyə sədri Ərdoğan Bektaş türk dünyasının şanlı keçmişindən, cahanda əmin-amanlığa töhfəsindən geniş söz açıb.

Soydaşımız Adil Əliyev Türkiyə ilə Azərbaycan arasında iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilən və nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib. Millət vəkili Ermənistanın törətdiyi misilsiz Xocalı qırğınından da bəhs edərək, bu bəşəri cinayətin cəzasız qaldığını vurğulayıb.

Azərbaycanlı sənətçilər Azərin və aşıq Sevilin ifaları Türkiyə-Azərbaycan birliyinə çağırış kimi səslənib.

Vazeh Əliyev, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında