Naxçıvan Muxtar Respublikasında biometrik pasportların verilməsinə başlanmışdır

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsində ilk biometrik pasportun təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov  mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir. Bildirilmişdir ki, şöbədə biometrik pasportların verilməsi üçün lazımi şərait yaradılmış, müasir avadanlıqlar quraşdırılmışdır. Biometrik pasportların işlənməsi və çapı qısa zamanda həyata keçirilir. Mövcud texniki şərait gün ərzində 150-180 nəfərə biometrik pasportların hazırlanıb verilməsi imkanı yaradır.

Muxtar respublikada ilk biometrik pasport Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova təqdim edilmişdir. Bununla da muxtar respublikada yeni nəsil biometrik pasportların verilməsinə başlanılmışdır.

Sonra Ali Məclisin sədri ali məktəblərə qəbul olunmuş 5 tələbəyə biometrik pasportlarını təqdim etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Tələbələr muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında