Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci, 430.2.1-ci və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci, 430.2.1-ci və 430.2.3-cü maddələrində nəzərdə tutulan hallarda səlahiyyətli dövlət orqanının inzibati protokol tərtib edən və ya inzibati tənbehin tətbiqi haqqında qərarı qəbul edən vəzifəli şəxsinin birinci instansiya məhkəməsinin (hakimin) qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verməsinin mümkünlüyü istisna edilmir.

Səlahiyyətli dövlət orqanının inzibati protokol tərtib edən və ya inzibati tənbehin tətbiqi haqqında qərarı qəbul edən vəzifəli şəxsinin inzibati xətalar haqqında işlər üzrə qərarların yenidən baxılması mərhələsində hüquqi statusunun, habelə apellyasiya şikayətinin verilməsinin xüsusiyyətlərinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3-cü maddəsində göstərilən halda səlahiyyətli dövlət orqanının qərarından verilən şikayət nəticəsində yuxarı səlahiyyətli orqanın qəbul etdiyi qərara yenidən baxılması üçün məhkəməyə müraciət edilməsini istisna edən normanın qanunvericilikdə müəyyən olunmadığını nəzərə alaraq, belə qərardan verilən şikayətlərə məhkəmə tərəfindən baxıla bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında