Zaqatalada "XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusu müzakirə edilmişdir

İyulun 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə "XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda regional görüş keçirmişdir. Tədbirdə Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından nümayəndələr iştirak etmişlər.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Zaqatala rayon mərkəzindəki abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirin əhəmiyyətini vurğulamış, regionlarda qadınların ictimai fəallığının artırılması istiqamətində icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarının qarşısında duran vəzifələr barədə danışmışdır.
AQUPDK-nın sədri Hicran Hüseynova mövzu ilə bağlı məruzə etmişdir.
Görüşdə məişət zorakılığı, erkən nikah, təhsildən yayınma halları, kimsəsiz uşaqlar, o cümlədən regionlarda qadınların ictimai fəallığının artırılması istiqamətində yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qarşısında duran vəzifələr, bu istiqamətdə mövcud problemlər, onların aradan qaldırılması yolları müzakirə edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında