Bu ilin ilk 6 ayında ölkədə çevik vergi siyasətinin həyata keçirilməsi təmin olunmuşdur

Gəncə şəhərində vergilər nazirinin müavinləri Sahir Məmmədxanovun, Sahib Ələkbərovun, nazirliyin baş idarə və idarələri, 11, 12, 14 saylı ərazi vergilər idarələri, Ağdam, Xocalı, Kəlbəcər rayonlarının vergilər şöbələri rəislərinin iştirakı ilə 2010-cu ilin birinci yarısında görülmüş işlərə, qarşıda duran vəzifələrə, vergilər idarələrinə daxil olmuş ərizə və şikayətlərə baxılma vəziyyətinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Vergilər Nazirliyindən bildirmişlər ki, yığıncaqda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasında müzakirə edilmiş məsələlər barədə məlumat verilmiş, ötən illərdə olduğu kimi, 2010-cu ilin ilk altı ayında da respublikamızın sosial-iqtisadi inkişafında yeni nailiyyətlər əldə edildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.
Bildirilmişdir ki, hesabat dövründə ölkəmizin vergi sistemində aparılan uğurlu islahatlar davam etdirilmiş, çevik vergi siyasətinin həyata keçirilməsi təmin olunmuşdur. Vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, ümumilikdə vergi daxilolmalarının təmin edilməsi, vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsi, vergi hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlərlə yanaşı, bu sahədə mövcud olan nöqsanlardan da söhbət açılmışdır. 2010-cu ilin birinci yarısında ərazi vergilər idarələrinin nəzarət əhatəsinə daxil olan rayonlar üzrə büdcəyə vergi daxilolmalarının vəziyyəti təhlil edilmişdir.
Yığıncaqda vergi orqanlarında ərizə və şikayətlərə baxılmasının vəziyyəti, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti və hərəkətsizliyi barədə daxil olan şikayətlərə baxılmasının nəticələri geniş müzakirə olunmuşdur. Vurğulanmışdır ki, ərizə və şikayətlərə vaxtında, düzgün və ədalətlə baxılması, hər bir vergi orqanı qarşısında duran və Vergilər Nazirliyinin xüsusi əhəmiyyət verdiyi ən vacib məsələlərdən biridir.
Tədbirdə çıxış edən departament, baş idarə və idarə rəhbərləri, ərazi vergi orqanlarının vəzifəli şəxsləri dövlət büdcəsinin proqnoz tapşırıqlarının yerinə yetirilməsinin təmin olunması, vergi orqanlarında ərizə və şikayətlərə baxılması ilə bağlı işlərin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, mövcud nöqsanların aradan qaldırılması üçün vacib olan məsələlərdən danışmışlar.
Sonra Gəncə şəhərində 12 və 14 saylı Ərazi Vergilər İdarələrinin, Mingəçevir və Yevlax şəhərlərində isə 11 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə vergilər nazirinin müavinləri S.Məmmədxanov və S.Ələkbərovun iştirakilə vergi ödəyicilərini maraqlandıran suallar ətrafında müzakirələr aparılmış, ayrı-ayrı vergi ödəyicilərinin şikayətləri dinlənilməklə onların operativ surətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.
Növbəti zona müşavirələri Lənkəranda, Cəlilabadda, Qubada, Xaçmazda, Zaqatalada və Şəkidə keçiriləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında