Kənd yaşayış məntəqələrinin içməli su təchizatı yaxşılaşdırılır

 

Son illər ölkə əhalisinin içməli su ilə fasiləsiz təminatının yaxşılaşdırılması  məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşdırılan həmin tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarını əhatə edir. Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkənin şəhər və rayon mərkəzlərinin, eləcə də kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün konkret tədbirlər nəzərdə tutulmuşdur.

Bu yaxınlarda “Azərsu” ASC Masallı rayonunun  Muğanlı zonasında yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanmışdır.

Rayonun 23 kəndində 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış həmin layihəyə əsasən, içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğusundan götürüləcək. Yaşayış məntəqələrini özüaxımlı recimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr  olan iki su anbarı tikiləcək. Bundan əlavə, su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 kilometr uzunluğunda  magistral xəttin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 kilometrlik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə isə kənddaxili paylayıcı şəbəkə qurulacaqdır. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırlması nəzərdə tutulur. 

Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Bu xətt istismara verildikdən sonra  Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaqdır. Xatırladaq ki, yeni layihə “Azərsu” ASC-nin təxirəsalınmaz  tədbirlər planına uyğun olaraq icra edilir.

M.YAQUBZADƏ, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında