Almaniyalı şagirdlər internat məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər

Almaniyanın Valkenburq bələdiyyəsinin Heiliq Hart Sibbe orta məktəbinin 10 şagirdi iyulun 27-də Gözdən əlil uşaqlar üçün respublika internat orta məktəbində olmuşlar.
Almaniyalı şagirdlərin ölkəmizə səfəri Hollandiyada fəaliyyət göstərən "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" cəmiyyətinin təşəbbüsü ilə baş tutmuşdur. Cəmiyyətin sədri, Hollandiyada yaşayan soydaşımız İradə Uluxanlı bildirmişdir ki, səfərin təşkilində məqsəd ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaqdır.
Görüşdə internat məktəbin direktoru Namidar Hüseynquliyev xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə bağlı dövlətimizin gördüyü işlərdən danışmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə təhsil ocağı yüksək səviyyədə təmir olunaraq bütün zəruri avadanlıqla təchiz edilmişdir.
Qonaqlar məktəbin kompyuter mərkəzi, sinif otaqları və fənn kabinetləri ilə tanış olmuşlar. Sonda almaniyalı şagirdlər tərəfindən məktəbə "Brayl" çap aparatı hədiyyə edilmişdir. 4200 avro dəyərində olan çap aparati İsveçin "Worldvision" firması tərəfindən istehsal edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında