Naxçıvan Muxtar Respublikası inkişaf dinamikasına görə, bütövlükdə regionun heç bir bölgəsi ilə müqayisə olunmayacaq dərəcədə uğurlar qazanmışdır

Bu gün Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunan neftin hesabına ölkə büdcəsinə milyardlarla gəlir daxil olur, böyük sosial layihələr, proqramlar reallaşdırılır, ölkəmizdə bütün sosial problemlər öz həllini tapmaqdadır.
Prezident İlham Əliyev tərəfindən regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı imzalanarkən müxalifət ölkəmizdə belə böyük bir proqramın icra olunmasının qeyri-mümkünlüyünü iddia edirdi. Amma bu gün Azərbaycan kəndləri ilə şəhərləri arasında fərq o qədər azalmışdır ki, regionlarda mövcud olan infrastrukturlar, rayon mərkəzləri heç də paytaxt Bakıdan geri qalmır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirmişdir.
S.Novruzov qeyd etmişdir ki, uzun illərdən bəri blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası bu gün inkişaf dinamikasına görə, bütövlükdə regionun heç bir bölgəsi ilə müqayisə olunmayacaq dərəcədə uğurlar qazanmışdır.
İcra katibinin müavini demişdir: "Bu gün muxtar respublika dövlətin xüsusi qayğısı, həyata keçirilən islahatlar, müqayisəsiz quruculuq-abadlıq işləri, ən müasir səhiyyə və təhsil ocaqlarının tikintisi, müasir inkişafın ən gözəl modeli olmaqla, gözəl örnəyə və nümunəyə çevrilmişdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında