Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul etmişdir

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaşları qəbul edərək onların müraciət  və təkliflərini dinləmişdir.

Qəbulda Sumqayıt şəhərindən və Abşeron rayonundan olan vətəndaşlar iştirak etmişlər. Onların müraciətlərinin əksəriyyəti daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsinə dair məsələlərlə bağlı olmuşdur. 

Komitə sədri bir sıra müraciətlərin operativ həlli üçün müvafiq tapşırıqlar vermişdir. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərin hüquqi tərəfləri izah edilmiş və araşdırılması lazım gələn  müraciətlər qeydiyyata alınmışdır. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərlə bağlı isə vətəndaşlara lazımi istiqamət və tövsiyələr verilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında