Xəzər rayonunda gənc seçicilər maarifləndirilir

 

Xəzər Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikası prezident seçkilərində ilk dəfə səs verəcək gənc seçicilər və Nümayəndələr Birliyinin üzvləri üçün maarifləndirmə tədbiri keçirmişdir.

Seçkilərdə gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə keçirilən tədbirdə rayonun gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev,13 saylı Pirallahı Dairə Seçki Komissiyasının əməkdaşı Elşən Rüstəmov və Mərdəkan Bələdiyyəsinin sədr müavini Sevil Mansurova ilk dəfə səs verən gənclərə seçki proseduru barədə geniş məlumat vermişlər. Bildirilmişdir ki, beynəlxalq miqyasda demokratik imici daha da yüksəlmiş Azərbaycanda seçki sisteminin getdikcə təkmilləşməsi və hər bir seçkinin ədalətli və şəffaf keçirilməsi daim diqqət mərkəzindədir. Tədbirdə seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi  Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb və qeyd edilib ki, seçkilərdə demokratiyanın təmin olunması həm də respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmlənməsində əsas amillərdən biridir.

Gənc seçiciləri maraqlandıran suallar tədbir iştirakçıları tərəfindən ətraflı cavablandırılmışdır.

Leyla QURBANOVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında