Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayından ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı konfrans keçirilmişdir

 

Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayından ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı avqustun 31-də konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov konfransda çıxış edərək  ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında, eləcə də dövlət idarəçiliyindəki fəal rolundan danışmışdır. Qeyd edilmişdir ki, Ağsaqqallar Şurası daim dövlətçiliyin möhkəmləndirilməsində, milli mənəvi dəyərlərin qorunmasında, yeniyetmələrin və gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsində xidmət göstərərək ölkəmizdə həyata keçirilən uğurlu islahatlara layiqli töhfələr vermişdir.

Şuranın sədri ağsaqqallar və gənclər arasında keçirilən ənənəvi görüşlərin əhəmiyyətindən də danışmışdır. Bildirilmişdir ki, ağsaqqalların məqsədi gənclərimizi doğru yola istiqamətləndirməkdir.

Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov təşkilatın növbədənkənar VI qurultayından ötən dövr ərzindəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Şuranın təşəbbüsü ilə Bakı şəhərində, eləcə də Masallı, Quba və Qəbələ rayonlarında ağsaqqalların və gənclərin iştirakı ilə “dəyirmi masa”lar və regional müşavirələr keçirilmişdir. Yaxın günlərdə Gəncədə, Qazaxda, Sabirabadda və Saatlıda da belə görüşlərin keçirilməsi planlaşdırılır.

Konfransda Ağsaqqallar Şurasının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsindəki səmərəli fəaliyyəti də ətraflı təhlil olunmuşdur. 

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Südeyif İmanverdiyev və başqaları cəmiyyətdə ağsaqqalların rolundan danışmışlar. Bildirilmişdir ki, gənclərimiz ağsaqqalların bilik və bacarıqlarından, zəngin həyat təcrübəsindən və müdrik məsləhətlərindən faydalanmalı, dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət etməlidirlər. Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qızıl fondu adlandırdığı ağsaqqallar bundan sonra da ölkəmizin dinamik inkişafı naminə səylə çalışacaq, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasi kursu tam dəstəkləyəcəklər.

Sonra Ağsaqqallar Şurası məclisinə yeni üzvlərin qəbul edilməsi və digər cari məsələlər müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında