Daxili işlər naziri Quba şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 31-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinləri qəbul edən nazir müraciətlərin operativ şəkildə həlli üçün tədbirdə iştirak edən baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti elə qəbul zamanı öz həllini tapmışdır. Polisin fəaliyyətinə aid olmayan  digər ərizələrin aidiyyəti üzrə göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun baxılacağı diqqətə çatdırılmışdır.

Sakinlər problemlərinə daim xüsusi diqqət və qayğı göstərildiyinə və bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli siyasi kursunu bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini vurğulamışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında