Atilla Sertel: "AzərTAc Azərbaycanda ən etibarlı xəbər mənbəyidir"

AzərTAc Azərbaycanda ən etibarlı xəbər mənbəyidir. Biz Türkiyə Qəzetçilər Federasiyası olaraq bu agentlikdən xəbərlər almaqda maraqlıyıq.
Bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TQF) prezidenti Atilla Sertel demişdir.
TQF rəhbəri ölkəmizdə çox böyük səmimiyyətlə, dostluq və qardaşlıqla qarşılandıqlarını vurğulamış, Azərbaycan mətbuatının 135 illik yubiley tədbirlərində iştirakdan məmnun qaldıqlarını bildirmişdir.
Türkiyəli qonaqlar səfər çərçivəsində Azərbaycanda dövlət orqanlarında, Milli Məclisin deputatları ilə, eləcə də QHT və KİV rəhbərləri ilə keçirdikləri görüşlərdə hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə etmişlər.
A.Sertel demişdir ki, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə görüşdə Azərbaycan musiqiçilərinin əsərlərinin Türkiyə radiolarında səsləndirilməsi ilə bağlı razılığa gəlmişik. Eyni zamanda, Türkiyədə və Azərbaycandakı jurnalist cəmiyyətlərinin sədrlərinin şurasının yaradılması barədə də ilkin razılıq əldə olunmuşdur. Bu məsələ ətrafında Mətbuat Şurasında da müzakirələr aparılmışdır. Bununla biz Azərbaycan ilə Türkiyə arasında jurnalistika sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcəyik.
TQF prezidenti bildirmişdir ki, Azərbaycanda qəzetlərin texniki inkişafını və onların dizaynının yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə təcrübə mübadiləsi ilə bağlı razılıq əldə olunmuşdur. Bu istiqamətdə Türkiyə Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin hazırladığı CD-lər və lazım gələrsə ixtisaslı kadrlar Azərbaycana göndəriləcəkdir.
Azərbaycan ilə bağlı xəbərlərin Türkiyə qəzetlərində kifayət qədər geniş yayımlanmadığını vurğulayan A.Sertel demişdir ki, bunu aradan qaldırmaq üçün Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə TQF arasında müqavilə imzalanmışdır. Həmin müqavilə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın səsinin Türkiyə ictimaiyyətinə çatdırılmasında AzərTAc çox mühüm rola malikdir. Müqavilədə əsas məqsədimiz bu istiqamətdə AzərTAc-ın fəaliyyətinə dəstək olmaqdır.
Jurnalistikada doğru, obyektiv və qərəzsiz xəbər son dərəcə vacibdir. AzərTAc Azərbaycanda ən etibarlı xəbər verən bir qaynaqdır və məlumatları şübhəyə yer vermədən yayır. AzərTAc-ın xəbərlərinin hazırlanması bir çox mərhələdən keçir və redaksiyalarda diqqətlə yoxlanılır. Ona görə də ətrafında yüzlərlə qəzet, jurnal, televiziya və radionu birləşdirən TQF Azərbaycanla bağlı həqiqətlərin Türkiyədə yayımlanmasında məhz AzərTAc-ın informasiyalarından istifadə etməyi qərara almışdır. Nəzərə alsaq ki, Türkiyədə yüz minlərlə xarici ölkə vətəndaşı yaşayır, onda bu əməkdaşlığımızın necə böyük əhəmiyyətə malik olduğunu anlamaq çətin deyildir.
TQF prezidenti Türkiyənin Anadolu Agentliyi ilə AzərTAc-ın əməkdaşlığını və bəzi məsələlərdə birgə fəaliyyətini də yüksək qiymətləndirmişdir.
A.Sertel ümumilikdə bu səfərin çox səmərəli olduğunu bildirmiş, Azərbaycan həqiqətləri, xüsusən Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımı, terror aktları barədə fotosərgilərin, "dəyirmi masa"ların və digər tədbirlərin təşkil ediləcəyini də bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında