DSMF sədri Səlim Müslümov Oğuzda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirmişdir

Azərbaycan Respublikası Dövlət  Sosial  Müdafiə Fondunun sədri  Səlim Müslümov 2013-cü il avqustun 26-da fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, həmçinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirmişdir. Bu barədə DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda xəbər verilir.

Məlumatda qeyd olunur ki, qabaqcadan planlaşdırıldığı kimi, qəbulda iştirak etmək üçün müraciət edən vətəndaşların fondun həmin şəhər və rayon şöbələrinin inzibati  binalarının qarşısından xüsusi ayrılmış avtobuslarla DSMF-in Oğuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunmuşdur.  Həmin gün rayon sakinləri ilə göruşdə DSMF-in sədri S.Müslümov 20-yə yaxın vətəndaşı dinləmiş, onların müraciətlərinə baxmışdır.  Qəbula gələn vətəndaşlar əsasən pensiyaların hesablanmasının bir sira hüquqi aspektlərinə görə, ğüzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək stajı ilə bağlı digər məsələlərə görə müraciət etmişlər. Müraciətlərin ikisi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmuşdur. Bütün müraciətlərə operativ qaydada baxılaraq problemlər həll edilmiş və müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, eyni zamanda, fondun digər vəzifəli şəxslərinə müraciətlərə uyğun göstərişlər verilmişdir.

Müraciətlərin bir qismi isə DSMF-in səlahiyyətlərinə aid olmayan məsələləri əhatə etmişdir. Bu tipli müraciətlərlə görüşə gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağı nəzərə çatdırılmışdır.

Müraciət edən vətəndaşların qəbuldan razı qaldıqları bildirilir.

Z. BƏŞİRQIZI,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında