Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi ARTE televiziya kanalına etiraz məktubu göndərmişdir

Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi (AAƏM) bu ölkənin ARTE televiziya kanalına etiraz məktubu göndərmişdir. Buna səbəb həmin telekanalda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa həsr olunmuş filmin nümayişi olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, iyulun 14-də ARTE telekanalında Dağlıq Qarabağa həsr olunmuş "Dünyanın yüksək zirvələrində" ("Auf den Gipfeln der Welt") sənədli filmi nümayiş olunmuşdur. İyulun 21-də film təkrarən efirə verilmişdir.
Fransız rejissor Jan Mari Barrerin lentə aldığı filmdə Dağlıq Qarabağın uca dağlarından bəhs olunsa da, regiondakı siyasi proseslərə də toxunulmuş və bəzi məsələlər təhrif olunmuş, yanlışlığa yol verilmişdir.
Sənədli filmdə Dağlıq Qarabağdakı hadisələr birtərəfli, erməni nöqteyi-nəzərindən şərh olunaraq, faktlar qondarma və yalan şəklində tamaşaçıya təqdim edilir.
Bununla əlaqədar AAƏM-in ARTE teleşirkətinə təqdim etdiyi etiraz məktubunda hadisələrin obyektiv şəkildə işıqlandırılmaması, problemə birtərəfli münasibət, daha dəqiq desək ermənipərəst mövqedən yanaşıldığı vurğulanır, jurnalist etikasına yad olan zəif araşdırmalar tənqid edilir, plüralizmin hakim olduğu demokratik cəmiyyətdə media tərəfindən faktların təhrifinə yol verilməsi mənfi hal kimi qiymətləndirilir.
Etiraz məktubunda Dağlıq Qarabağ həqiqətləri, Xocalı faciəsi, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi barədə də məlumat verilmiş, bu münaqişənin dinlə əlaqəli olmadığı qeyd edilmişdir.
AAƏM ARTE televiziya şirkətinə bu cür proqramlarda siyasi məsələlərə toxunarkən hər iki xalqın taleyi barədə həqiqi faktların açıqlanmasını məsləhət görmüş, ermənilərin minlərlə azərbaycanlıya qarşı törətdikləri qanlı cinayətlər hesabına "qondarma müstəqilliyini" bayram etdiklərini ifşa etmişdir. AAƏM rəhbərliyi məktubda qeyd etmişdir ki, bu, sivil cəmiyyətimizin iflasa uğraması deməkdir və Avropa mediasının etikasına uyğun deyildir.
AAƏM gələcəkdə belə filmlərin nümayişinə yol verilməməsini tələb etmişdir.
AzərTAc
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında