Çin diplomatları AzərTAc-da olmuşlar

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Szyan Saoyan və əməkdaşı Uçun Kumin iyulun 26-da Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-da olmuşlar.
Baş direktor Aslan Aslanov qonaqlara Azərbaycanın dövlətçilik tarixindən, agentliyin keçdiyi şərəfli yoldan söz açaraq AzərTAc-ın inkişafının dahi dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. O demişdir ki, Prezident İlham Əliyevin uzaqgörən daxili, xarici siyasəti və qayğısı sayəsində isə AzərTAc son illər dünya informasiya məkanında layiqli yer tutmuş və özünün beynəlxalq əlaqələrini ilbəil genişləndirir.
Görüşdə AzərTAc-ın və Çinin Sinxua agentliyinin istər ikitərəfli, istərsə də beynəlxalq qurumlar, xüsusilə hər iki agentliyin üzv olduğu Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində səmərəli əməkdaşlığının bundan sonra da möhkəmləndirilməsi məsələləri müzakirə edilmişdir.
Cənab Szyan Saoyan ətraflı məlumata görə minnətdarlığını bildirərək, AzərTAc və Sinxua arasında əlaqələrin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyəcəyini vəd etmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında