Azərbaycan Respublikasının fövqəladə hallar naziri Yevlax şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov avqustun 23-də nazirliyin Yevlax şəhərində yerləşən Aran Regional Mərkəzində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri iştirak etmişlər.

Nazir tərəfindən qəbul edilən 40 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bundan əlavə, kadr məsələləri ilə bağlı 160, digər məsələlərlə əlaqədar müraciət etmiş 25 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında