Binəqədi rayonunun fəal gəncləri Qəbələ rayonunda olmuşlar

 “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas istiqamətlərindən biri də gənclərin asudə vaxtlarının səmərəli təşkilidir. Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin Binəqədi rayon təşkilatı da bu məsələni daim diqqət mərkəzində saxlayır.

Elə  bir qrup fəal gəncin Qəbələ rayonuna ekskursiyası da həmin məqsədlə təşkil edilmişdir.   Bir günlük səfər çərçivəsində rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən bir qrup istedadlı və yaradıcı tələbə-gənc Azərbaycanın dilbər guşələrindən olan Qəbələnin turizm əhəmiyyətli yerləri ilə tanış olmuşlar.

Səfər gənclərin həyatında silinməz iz buraxmışdır. Onlar çətin keçilən dərə və meşələrdə ekstremal vəziyyətlərlə  qarşılaşmış, Qəbələ şəhərindən 3 kilometr şərqdə, Nohurqışlaq kəndi yaxınlığında sıx meşələrin və dağların əhatəsində yerləşən Nohur gölünün sahilindəki istirahət zonasında müxtəlif idman və intellektual oyunlar, eləcə də diskussiyalar keçirmişlər.

Ləman Qafarova:- Birinci dəfə idi  ki,  belə tədbirdə iştirak edirdim. Qəbələ rayonunun füsunkarlığını görmək, eyni zamanda, Binəqədi rayon fəal gəncləri ilə tanış olmaq sevindirici hal idi...

Afət Hüseynzadə:-Bu ekskursiya heç vaxt yadımdan çıxmayacaq. Çünki burada fəal gənclərlə vaxtımızı  səmərəli keçirdik  və əyləncəli oyunlar oynadıq...

Səlcuq Müzəffərli:-Burada yaxşı istirahət etdik,  yeni dostlar, yeni tanışlar qazandıq...

Gənclər Qəbələ şəhərindəki Qəbələnd əyləncə mərkəzində də olmuşlar. Bu məkandakı müxtəlif əyləncə və oyun atraksionları gənclərin istirahətini daha da maraqlı etmişdir.

V. BAYRAMOV,

 “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında