Bu ilin 7 ayında DSMF-yə daxilolmaların 62,4 faizi qeyri-büdcə sektorundandır

Dövlət Sosial Müdafiə Fondundan bildirmişlər ki, ilkin məlumatlara əsasən, fondun 2013-cü ilin yanvar—iyul aylarında gəlirləri 1534,5 milyon manat  təşkil etmişdir ki, bu da cari ilin proqnoz göstəricisindən 34,8 milyon manat və ya 2,3 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 31 milyon manat və ya 3,6 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,8 faiz və ya 100,4 milyon manat artmış və nəticədə 885,4 milyon manata çatmışdır.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,4 faizi və ya 552,3 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 96 milyon manat və ya 21 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 19,5 faiz və ya 90 milyon manat yuxarı olmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 48,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 36,7 faiz artmışdır.

2013-cü ilin yanvar—iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 333 milyon manat təşkil etmişdir.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. 2013-cü ilin yanvar—iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1449,5 milyon manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1421,3 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,8 milyon manat və ya 1,8 faiz  çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə  nisbətən 1,8 faiz və ya 23,9 milyon manat artaraq 1386,8 milyon manat təşkil etmişdir.

Fonddan həmçinin bildirmişlər ki, 2013-cü ilin yanvar—iyul aylarında əhaliyə 34,4 milyon manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 31,1 faizi hamiləliyə və doğuma görə, 29,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,4 faizi dəfn üçün, 23,7 faizi isə digər müavinətlər olmuşdur.

Qeyd etmək lazımdır ki, hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 28,2 milyon manat  təşkil etmişdir.

Z. BƏŞİRQIZI,

 “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında