İmran Cəfərzadə Berlindəki “Charite” klinikasında reanimasiyadan palataya köçürülmüşdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Almaniyanın “Charite” klinikasında müalicə olunan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin vəziyyətinə dair həkimlərin avqustun 20-də növbəti konsiliumu keçirilmişdir.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, həkimlər bütövlükdə müalicənin gedişindən razı qaldıqlarını bildirmişlər.

 İmran Cəfərzadə reanimasiyadan palataya köçürülmüş və onun müalicəsi həkimlərin xüsusi nəzarəti altında davam edəcəkdir.

 Üçüncü əməliyyatdan sonra xəstə özünü normal hiss edir və yaraların sağalmasında irəliləyiş müşahidə olunur.

Azərbaycanın Almaniyadakı səfirliyi İmran Cəfərzadənin həkimləri ilə intensiv əlaqə saxlayır və xəstənin durumuna dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasını və Heydər Əliyev Fondunu davamlı olaraq məlumatlandırır.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında