Yüksək mükafatlara əməli işlə cavab verəcəyik

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ideoloji məsələlərə, təbliğat, təşviqat işlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Siyasət aləmində öz dəsti-xəttilə seçilən bu dahi şəxsiyyət ideoloji cəbhənin işçilərinin əməyini də həmişə yüksək qiymətləndirib. Təbliğat, təşviqat sahələrinin əsas aparıcı qüvvələri sayılan jurnalistlər, mətbuat nümayəndələri də ulu öndərin tövsiyələrini, göstəriş və tapşırıqlarını layiqincə həyata keçirməyə çalışıblar. Qarşılıqlı hörmət və ehtiram son nəticədə hər iki tərəfə başucalığı, millətə, xalqa isə rahatlıq, firavanlıq gətirib.
Mən bunu 40 illik jurnalistlik fəaliyyətimin başlıca meyarı hesab etmişəm. Ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev dəfələrlə rayonumuza gəlmiş, kənd əməkçilərinin işləri ilə ətraflı maraqlanmış, onların istək və arzularını dinləyərək həyata keçirmişdir. Ölkə rəhbərindən bu qayğını görən rayonumuzun kənd adamları iqtisadiyyatımızın əsasını təşkil edən pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində böyük uğurlar əldə edirdilər.
Azərbaycana rəhbərliyinin ikinci dövründə də ulu öndərimiz öz prinsipinə sadiq qalaraq tez-tez rayonlara səfər edir, insanların qayğıları ilə yaşayırdı. Ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirən, onun siyasi kursuna sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtaşırı bölgələrə səfər etməsi, regionların iqtisadi inkişafına xüsusi diqqət göstərməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Ulu öndərimiz Heydər Əliyev mətbuatın, jurnalistlərin yaxın dostu idi. Möhtərəm Prezidentimiz İlham Əliyev də kütləvi informasiya vasitələrinə böyük önəm verir. Milli mətbuatımızın 135 illik yubileyinin yüksək səviyyədə keçirilməsi dediklərimə əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevm milli mətbuatımızla bağlı imzaladığı sərəncamlarla kütləvi informasiya vasitələrinə maddi yardım ayırmış, mətbuat işçilərinin böyük bir qrupunu mükafatlandırmışdır. Bundan başqa, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında qərar qəbul etmişdir.
19 illik müstəqillik dövründə ölkə rəhbərliyinin mətbuata, jurnalistlərə göstərdiyi bu yüksək qayğıya biz əməli fəaliyyətimizlə cavab verəcəyik. Çalışacağıq ki, Azərbaycanın inkişaf etdirilməsində, dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ərazi bütövlüyünün bərpa edilməsində ölkə rəhbərliyinin etibarlı dayağı olaq.

{nl}

Pakizə MƏMMƏDOVA, Sabirabad rayonunda çıxan "Suqovuşan" qəzetinin redaktoru, əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında