AzərTAc ilə Türkiyə Qəzetçilər Federasiyası arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır

AzərTAc-ın hazırladığı informasiyalar Türkiyənin bütün bölgələrində yayımlanacaqdır. Bununla əlaqədar iyulun 24-də Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Türkiyə Qəzetçilər Federasiyası (TQF) arasında əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Sənədi AzərTAc-ın Baş direktoru Aslan Aslanov və TQF-nin prezidenti Atilla Sertel imzalamışlar.
Bu sənəd Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin, xüsusən də kütləvi informasiya vasitələri arasında münasibətlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin Türkiyənin bütün bölgələrində yayımlanmasına xidmət edəcəkdir.
Əldə edilmiş razılığa əsasən agentlik öz xəbərlərini müntəzəm olaraq Türkiyə Qəzetçilər Federasiyasına göndərəcək, TQF isə həmin məlumatların təhrif olunmadan, AzərTAc-a istinad etməklə Türkiyə mətbuatında yayımlanmasını təmin edəcəkdir.
Qeyd edək ki, Türkiyənin 80-ə yaxın jurnalist təşkilatını birləşdirən TQF-nin əhatəsində 2400 qəzet, jurnal, agentlik, eləcə də 290-dan çox televiziya və 938 radio kanalı vardır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında