Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyə Qəzetçilər Federasiyasının üzvləri ilə görüş olmuşdur

Türkiyə Qəzetçilər Federasiyasının (TQF) sədri Atilla Sertelin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olmuşdur.
Şuranın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, antiazərbaycan və antitürkiyə erməni təbliğatına və böhtanlara qarşı birgə maarifləndirici tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.
Bu ilin aprelində TQF-nin və Şuranın təşkilatçılığı ilə İzmir şəhərində keçirilmiş fotosərginin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayan şuranın sədri, Milli Məclisin deputatı A.Quliyev belə tədbirlərin davam etdirilməsinin və Avropaya çıxarılmasının vacibliyini qeyd etmişdir.
Atilla Sertel ötən müddətdə sərginin Türkiyə şəhərlərində davam etdirildiyini və əlavə fotomateriallarla zənginləşdirildiyini bildirmişdir.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və bu yöndə davam edən media - QHT əməkdaşlığının perspektivləri haqda fikir mübadiləsi aparılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında