Fövqəladə Hallar Nazirliyi KİV nümayəndələrini mükafatlandırmışdır

İyulun 24-də Fövqəladə Hallar Nazirliyində Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə bir sıra KİV nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev milli mətbuat günü münasibətilə jurnalistləri təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır. Milli mətbuatımızın zəngin və şərəfli yol keçdiyini vurğulayan O.Hacıyev 1875-ci ildə "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə əsası qoyulan Azərbaycan mətbuatının ölkəmizin sosial-iqtisadi, siyasi həyatının bütün sahələrində baş verən hadisələri doğru-düzgün, obyektiv işıqlandırdığını diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə mətbuatında çox cəsarətli məqalələr dərc edilmiş, bəzi hallarda bu yazılar hətta bütün sovetlər məkanında böyük əks-səda doğurmuşdur. Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması böyük öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin siyasi iradəsi və səyi nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilmişdir.
Nazir müavini demişdir ki, Azərbaycan mətbuatının inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsi, iyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, bir sıra mətbuat nümayəndələrinə fəxri adların verilməsi, KİV-lərə maliyyə yardımının göstərilməsi dövlətimizin başçısının mətbuata diqqət və qayğısının bariz nümunəsidir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Prezident İlham Əliyevin Azərbaycan mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında 2010-cu il 10 iyun tarixli sərəncamının əhəmiyyətindən danışmışdır. Milli mətbuatımızın formalaşmasında və inkişafında ümummilli liderimiz Heydər Əliyevin rolundan və misilsiz xidmətlərindən bəhs edən V.Əliyev mətbuat qarşısında duran vəzifələr və onların uğurla həyata keçirilməsi məsələlərinin həmin sənəddə bütünlüklə öz əksini tapdığını söyləmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə 92 jurnalist fəxri adlara və medallara layiq görülmüş, 32 qəzetə 20 min manat, 8 informasiya agentliyinə 10 min manat birdəfəlik maliyyə yardımı göstərilmiş, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət büdcəsindən KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılmışdır.
V.Əliyev Azərbaycan mətbuatının tarixindən danışmış, onun çox zəngin inkişaf yolu keçdiyini xatırlatmışdır. Vurğulanmışdır ki, müstəqil dövlətimizdə demokratik prinsiplərin bərqərar olunması, senzuranın ləğvi, KİV haqqında mütərəqqi, beynəlxalq standartlara uyğun qanunların qəbul olunması, demokratik plüralizm müasir Azərbaycanda mətbuatın formalaşmasına və inkişafına zəruri şərait yaradan əsas şərtlərdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli mətbuatımızın inkişafına dövlət dəstəyi və qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirilir.
Tədbirdə əlamətdar gün münasibətilə bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən AzərTAc-ın əməkdaşı mükafatlandırılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında