Türkiyənin media təmsilçiləri Mətbuat Şurasında olmuşlar

Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu media təmsilçiləri Mətbuat Şurasında (MŞ) olmuşlar.
Şuranın sədri Əflatun Amaşov qonaqlara Azərbaycanda söz və mətbuat azadlığı barədə məlumat vermişdir. Türkiyə və Azərbaycan mətbuatının durumu ilə bağlı paralellər aparan şura sədri hər iki ölkə jurnalistlərinin həmrəyliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Türkiyə Qəzetçilər Federasiyasının prezidenti Atilla Sertel, Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya, NTV-nin büro müdiri Merih Ak və Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai görüşdən məmnun qaldıqlarını, Azərbaycana səfərlərinin onlarda xoş təəssürat yaratdığını vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında